Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının Mərkəzi xəstəxana üzrə ərazi partiya təşkilatında partiyanın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Mərkəzi xəstəxana üzrə ərazi partiya təşkilatının sədri, partiya üzvləri və fəallar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Yeni Azərbaycan Partiyasının VIII Qurultayı və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqi barədə ətraflı məlumat verib. Bildirib ki, dövlətimizin başçısının nitqində irəli sürülən məsələlər bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində çalışan partiya fəallarının qarşısında da mühüm vəzifələr qoyur və Mərkəzi xəstəxananın kollektivi bu vəzifələrin həyata keçirilməsi üçün əzmlə çalışacaqdır.
Rayon təşkilatının sədri Eldar Əsədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin qurultaydakı çıxışının siyasi əhəmiyyəti, Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər, ölkəmizin gələcək inkişaf prioritetləri və partiya üzvlərinin qarşısında duran vəzifələr barədə geniş bəhs edib.
Görüşdə çıxış edən partiya üzvləri Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn vəzifə və tapşırıqları yüksək fəallıqla və şərəflə yerinə yetirəcəklərini bildiriblər.