Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycanda mədəniyyət sahəsində xidmətlərinə görə Sevda Atif qızı Məlikovaya "Əməkdar Mədəniyyət İşçisi" fəxri adının verilməsi barədə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşlarının "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında bir sıra Sərəncamlar imzalayıb.