Azərbaycan regionda Fransa üçün mühüm tərəfdaşdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Fransa Senatının nümayəndə heyətini qəbul edib. Görüşdə Fransa Senatı nümayəndə heyətinin ölkəmizə səfərinin münasibətlərimizin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, bu səfərin parlamentlərarası əlaqələrin möhkəmlənməsində önəmi qeyd olunub və bu sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.