Dövlət proqramlarının icrası çərçivəsində kollecimizdə keçirilən növbəti tədbir ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə və təbiətə qayğıkeş münasibətin formalaşdırılması məqsədindən irəli gəlirdi.
“Təbiəti qoruyaq!” adlı tədbirdə Vətən torpaqları uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni oxundu.
Kollecin "Təbiət fənləri" FBK-nın sədri Nisa Əskərova çıxış edərək təbiətin qorunmasının hər bir insanın vətəndaşlıq borcu olduğu vurğuladı, ətraf mühitin təmiz saxlanılması, yaşıllıqların qorunması, ağacların əkilməsi, su ehtiyatlarından səmərəli istifadə və tullantıların düzgün idarə olunmasının əhəmiyyətini diqqətə çatdırdı. Nisa müəllim, həmçinin gənc nəslin ekoloji şüurunun və məsuliyyət hissinin artırılmasının vacibliyini qeyd etdi.
Böyük marağa səbəb olan tədbirdə tələbələr təbiətin qorunması ilə bağlı fikirlərini bölüşərək ətraf mühitin mühafizəsində hər kəsin üzərinə düşən vəzifələrdən söz açdılar.
Sonda bildirildi ki, təbiəti qorumaq gələcəyimizi qorumaq deməkdir. Sağlam ətraf mühitin təmin olunması naminə hər birimiz təbiətə qayğı ilə yanaşmalı, onun sərvətlərini gələcək nəsillər üçün qorumalıyıq.
Elnarə Heydərova,
Astara Pedaqoji Kollecinin tələbəsi