Prezident məktub göndərib
Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksaya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında yaranmış dostluq münasibətlərinin inkişafı əməkdaşlığımızın genişləndirilməsi üçün yeni imkanlar açacaqdır. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və tərəqqi diləyirəm."