Milli Məclis Səbinə Yaşar qızı Əliyevanın yenidən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilməsi barədə qərar qəbul edib.SİA xəbər verir ki, parlamentin müzakirəsinə Prezident İlham Əliyev tərəfindən ombudsman vəzifəsinə üç namizədin – Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasınalı oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi təqdim olunub.Qeyd edək ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.
Müəllif: Günel Fərzəliyeva