PDF Oxu

Siyasət

  • 359

Lerik Bələdiyyəsinin rəsmi veb-saytının təqdimatı keçirilib - FOTO

Lerik Bələdiyyəsinin rəsmi veb-saytının təqdimatı keçirilib - FOTO

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qurumların və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Lerik Bələdiyyəsinin sədri Ceyhun Zahidov çıxışında bələdiyyələrin fəaliyyətində şəffaflıq və vətəndaşlarla operativ əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım olan rəsmi veb-saytın yaradılmasının əhəmiyyətindən, müasir idarəetmə prinsiplərinin tətbiqindən və vətəndaşlarla əlaqələrin daha da genişləndirilməsindən danışaraq bildirib ki, yeni veb-sayt həm Lerik Bələdiyyəsinin fəaliyyəti haqqında ictimaiyyətin operativ məlumatlandırılmasına, həm də dağlar diyarının tanıdılmasına və bölgənin turizm potensialının daha geniş auditoriyaya çatdırılmasına xidmət edəcək.

Çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əlipənah Bayramov, Yeni Azərbaycan Partiyasının sədr müavini Elnur Məmmədov və Lerik Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov Lerik Bələdiyyəsinin bu təşəbbüsünü yüksək qiymətləndirərək rəsmi veb-saytın yaradılmasını müasir dövrün tələblərinə uyğun, mühüm və təqdirəlayiq addım kimi qiymətləndiriblər.
Həmçinin, çıxışlarda bildirilib ki, rəqəmsal imkanların genişləndirilməsi, məlumatlara əlçatanlığın təmin edilməsi, ictimaiyyətlə qarşılıqlı əlaqələrin müasir platformalar üzərindən qurulması yerli özünüidarəetmənin inkişafı baxımından bu xüsusi əhəmiyyətə malikdir.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər