PDF Oxu

Siyasət

  • 8

Türkiyə və Azərbaycanın dostluğu tarixi əsaslara söykənir

Türkiyə və Azərbaycanın dostluğu tarixi əsaslara söykənir
Prezident İlham Əliyev dünən Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özel yeni vəzifəyə təyin olunduqdan sonra ilk xarici səfərini dost və qardaş Azərbaycana etdiyini vurğulayaraq Azərbaycanı ikinci vətən saydıqlarını dedi. O, Türkiyədə gənc nəslin də bu ruhda yetişməsinə çalışdıqlarını bildirdi. Necdet Özel səfər zamanı əməkdaşlığımızın inkişafına dair çox yaxşı müzakirələr apardıqlarını da qeyd etdi. Dövlətimizin başçısı Türkiyənin yüksək rütbəli rəsmilərinin ilk xarici səfərlərini Azərbaycana etməsinin artıq yaxşı bir ənənə halını aldığını dedi. Ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin insanlar arasında da özünü büruzə verməsindən məmnun olduğunu deyən Prezident İlham Əliyev hər iki ölkə rəsmilərinin sıx əlaqələrinin yaradılmasının vacibliyini bildirdi. Necdet Özelin Azərbaycana səfərinin ölkəmizi yaxından tanımaq üçün yaxşı imkan yaratdığını qeyd edən dövlətimizin başçısı qonağın azərbaycanlı həmkarları ilə səmərəli əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə etdi.

Digər xəbərlər