PDF Oxu

Siyasət

  • 15

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə Ağabəy Məmməd oğlu Əsgərovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi barədə və Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Səs" qəzetinin əməkdaşları Bayramova Zümrüd Aləddin qızına və Məhərrəmov Valeh Cəbrayıl oğluna "Əməkdar Jurnalist" fəxri adının verilməsi barədə Sərəncam imzalayıb. Prezident İlham Əliyev həmçinin Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Səs" qəzetinin əməkdaşları Həsənov Fətulla Şirməmməd oğlunun və Hüseynova Rəfiqə Kamal qızının "Tərəqqi" medalı ilə təltif edilməsi barədə də Sərəncam imzalayıb.

Digər xəbərlər