PDF Oxu

Siyasət

  • 705

Cənubi Qafqazda sülh və əməkdaşlığın yeni perspektivləri - FOTO

Cənubi Qafqazda sülh və əməkdaşlığın yeni perspektivləri - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın regional və beynəlxalq gündəlikdəki mövqeyini, eləcə də Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələlərinə verdiyi əhəmiyyəti bir daha diqqətə çatdırıb.
Müasir beynəlxalq münasibətlər sistemində mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir şəraitdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və dövlətlərarası dialoq xüsusi aktuallıq daşıyır. Bu baxımdan Dublin görüşü Azərbaycanla Avropa tərəfdaşları arasında münasibətlərin, həmçinin Cənubi Qafqazda davam edən sülh prosesinin müzakirəsi üçün mühüm platforma kimi çıxış edir.Azərbaycanın xarici siyasətində sülh, təhlükəsizlik, qarşılıqlı hörmət və dövlətlərin suverenliyinə əsaslanan əməkdaşlıq prinsipləri mühüm yer tutur. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində regionda formalaşan yeni siyasi və iqtisadi reallıqlar Azərbaycan qarşısında geniş imkanlarla yanaşı, yeni məsuliyyətlər də müəyyənləşdirir.
Dublin sammitində Prezident İlham Əliyevin iştirak etdiyi digər mühüm müzakirə istiqaməti enerji təhlükəsizliyi və iqtisadi əlaqələrin inkişafı olub. “Rəqabətqabiliyyətli Avropanın qurulması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda keçirilən dəyirmi masada dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna toxunub. Prezidentin çıxışında qeyd olunub ki, 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandıqdan sonra Avropa İttifaqına qaz tədarükü 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Bu göstəricilər Azərbaycanın enerji təchizatının şaxələndirilməsində iştirakını və Avropa ilə iqtisadi əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir

Əlvan Rəcəbov,

YAP Lerik təşkilatının əməkdaşı

Digər xəbərlər