Beynəlxalq təhlükəsizlik mühiti son illərdə geosiyasi rəqabət, transsərhəd təhdidlər, texnoloji risklər və regional münaqişələr kimimürəkkəb amillərin təsiri altında dəyişməkdədir. Bu şəraitdə dövlətlərarasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi milli təhlükəsizlik strategiyalarının mühüm tərkib hissəsinə çevrilmişdir. Azərbaycan Respublikası ilə Böyük Britaniya vəŞimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə təhlükəsizlik sahəsindəqarşılıqlı fəaliyyətin daha sistemli şəkildə inkişaf etdirilməsini nəzərdətutur. Sənəddə regional sülh və sabitliyin dəstəklənməsi, ümumitəhdidlərin qarşısının alınması və dövlətlərin təhlükəsizlik imkanlarınınartırılması əsas məqsədlər kimi müəyyənləşdirilmişdir.
2026-cı il noyabr ayının 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı uzunmüddətli münasibətlərə, 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanır.
Bəyannamə təsdiqləyir ki, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiq qalacaqlar.
Bəyannamədə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımları alqışlanır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyi bir daha təsdiqlənir. Güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər iki iştirakçı üçün uzunmüddətli sabitlik və rifahın vacib təməlləri olduğu qəbul edilir. Hər iki tərəf davamlı tərəfdaşlığın etimad, səmimilik və güclü insanlararası əlaqələr üzərində qurulduğunu tanıyır. Uzunmüddətli artım və rəqəmsal transformasiya üçün təməl kimi təhsil, elm, innovasiya və bacarıqlar sahəsində praktik əməkdaşlığın vacibliyi təsdiqlənir. İştirakçılar, həmçinin icmalararası birbaşa əlaqənin qarşılıqlı faydasını tanıyır və bu Tərəfdaşlığın məqsədinə yönəlik layihə və proqramları dəstəkləməyi öhdələrinə götürürlər.
Tərəflər bir sıra məsələlərdə anlaşıb. Belə ki, müdafiə və təhlükəsizlik sahəsində iştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər. Tərəflər yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalacaq və qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcəklər. İştirakçılar təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək və qarşılıqlı maraq doğuracaq sahələrdə birgə təşəbbüslər də daxil olmaqla, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracaqlar. Artan təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq genişspektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığı gücləndirəcəklər. İştirakçılar qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək üçün hüquq-mühafizə orqanları arasında gücləndirilmiş tərəfdaşlıq və sərhəd idarəçiliyi, eləcə də məhkəmə və hüquqi əməkdaşlığı formalaşdıracaqlar. Maraqların uzlaşdığı çoxtərəfli platformalarda beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə verərək əməkdaşlıq etmək niyyətlərini təsdiqləyirlər.
Nəticə etibarilə, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan və Böyük Britaniya arasında müdafiə və təhlükəsizliksahəsində əməkdaşlığın inkişafı üçün mühüm çərçivə formalaşdırır. Bu əməkdaşlıq regional sabitliyin möhkəmləndirilməsi, təhlükəsizlikinstitutlarının potensialının artırılması və beynəlxalq təhdidlərə qarşıkoordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Sənədin müddəalarının praktik şəkildə həyata keçirilməsi tərəflərin qarşılıqlı maraqlarına uyğun təhlükəsizlik təşəbbüslərinin inkişafına şərait yaradabilər. Beləliklə, müdafiə və təhlükəsizlik sahəsi iki ölkə arasında strateji tərəfdaşlığın əsas sütunlarından biri kimi çıxış edir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini