PDF Oxu

Siyasət

  • 340

Göygöldə “17 Noyabr Beynəlxalq Tələbələr Günü” münasibətilə ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib - FOTOLAR

Göygöldə “17 Noyabr Beynəlxalq Tələbələr Günü” münasibətilə ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib - FOTOLAR

YAP Göygöl rayon təşkilatında “17 Noyabr Beynəlxalq Tələbələr Günü” münasibətilə ali məktəblərə 600 dən çox balla daxil olan tələbələrlə görüş keçirilib. Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, məktəb rəhbərləri və valideynlər iştirak ediblər.

Tədbir zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tələbə adını qazanan gəncləri təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb. Qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.
Tələbə adını qazanan gənclərdən 44 günlük Vətən Müharibəsi Şəhidi Ceyhun Niftəliyevin övladı 676 bal toplamış Ayan Niftəliyeva, 627 bal toplamış İlkin Yüzbaşılı, 627 bal toplamış Nərgiz Ələkbərzadə, 626 bal toplamış Fatimə Məmmədli, 622 bal toplamış Cəmilə Rzayeva, məktəb rəhbərləri və valideynlər yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə YAP Göygöl rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilib və sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər