PDF Oxu

Siyasət

  • 207

Tərtər Peşə Məktəbində 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Tərtər Peşə Məktəbində 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Peşə Məktəbində 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının, Rayon İcra Hakimiyyətinin əməkdaşları, məktəbin müəllim və tələbə kollektivi iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev çıxışında Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik siyasəti nəticəsində müstəqil Azərbaycan möhkəm təməllər üzərində inkişaf edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi Zəfər və əldə etdiyi uğurlar milli birliyimizin, güclü dövlətçiliyimizin və müstəqilliyimizin təntənəsidir.
Tərtər rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev Milli Dirçəliş Gününün Azərbaycan xalqının milli oyanış və azadlıq mübarizəsi tarixində mühüm yer tutduğunu vurğulayıb. Qeyd edib ki, 1988-ci ilin noyabrında xalqımızın azadlıq və müstəqillik uğrunda nümayiş etdirdiyi birlik və qətiyyət Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yolun mühüm mərhələsi olub. Bu tarixi prosesdə xalqımızın milli iradəsi, vətənpərvərlik ruhu və müstəqillik əzmi özünü parlaq şəkildə nümayiş etdirib.
Tədbirdə məktəbin direktor müavini Esmira Hüseynzadə, müəllimlərdən Qalalı Hüseynov,məktəbin psixoloqu Altunə Bayramova,tələbələrdən Almaz Baxşəliyeva və Mina Vəliyeva çıxış ediblər. Çıxışçılar Milli Dirçəliş Gününün xalqımızın azadlıq mübarizəsindəki rolundan, müstəqilliyimizin qorunmasının vacibliyindən və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətindən danışıblar.
Sonda bildirilib ki, Milli Dirçəliş Günü xalqımızın azadlıq iradəsini, milli həmrəyliyini və müstəqil dövlət qurmaq əzmini özündə yaşadan əlamətdar tarixdir. Bu günün tarixi mahiyyətinin gənc nəslə aşılanması milli dəyərlərimizin və dövlətçilik ənənələrimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər