PDF Oxu

Siyasət

  • 12

Azərbaycan informasiya sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir

Azərbaycan informasiya sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir
Dünən Prezident İlham Əliyev yanvarın 13-də Euronews telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezanini və telekanalın baş icraçı direktoru Filip Kaylanı qəbul edib.
Görüşdə Euronews telekanalı ilə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıldı, informasiya sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunularaq, müasir dövrdə informasiya mübadiləsinin önəmi vurğulandı.
Bişkekdə "İlham Əliyev Azərbaycanın yeni milli lideridir" çoxcildliyi nəşr olunacaq
Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə "İlham Əliyev Azərbaycanın yeni milli lideridir" çoxcildliyi nəşr olunacaqdır. Nəşrin tərtibçisi, fondun prezidenti Nüsrət Məmmədov bildirmişdir ki, rus dilində olacaq nəşrin 700 səhifəlik birinci cildi çapa verilmişdir. Burada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin, şöbə müdirləri Əli Həsənovun, Fatma Abdullazadənin, Fuad Ələsgərovun və Prezidentin köməkçisi Əli Əsədovun, təhsil naziri Misir Mərdanovun, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun və başqa müəlliflərin məqalələri toplanmışdır.
Cildin baş məsləhətçisi Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, baş redaktoru professor Aqil Hacıyevdir. Kitabda müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, aparılan islahatlar, dövlətimizin başçısının çıxışları, Azərbaycanın bölgələrinə səfərləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüsləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri faciələr, habelə tariximiz, mədəniyyətimizlə bağlı məlumatlar öz əksini tapmışdır. Oxucular Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə də tanış ola biləcəklər.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş çoxcildliyin Qırğızıstanda, Qazaxıstanda və Özbəkistanda pulsuz yayılması nəzərdə tutulur.

Digər xəbərlər