PDF Oxu

Siyasət

  • 1 288

Yeni Azərbaycan Partiyasının 34 illiyi Ağstafada da qeyd olunub

Yeni Azərbaycan Partiyasının 34 illiyi Ağstafada da qeyd olunub

Ağstafa rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması və sonrakı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, Azərbaycanın tarixini və milli xüsusiyyətlərini dərindən bilməsi, ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti partiyanın ideoloji və təşkilati əsaslarının formalaşmasında müstəsna rol oynayıb.
Əməkdar müəllim İndira Vəliyeva, Dağ Kəsəmən bələdiyyəsinin sədri, partiya fəalı Solmaz Nağıyeva, partiya veteranları Sənan Mustafayev və Xuraman Əzimova Yeni Azərbaycan Partiyasının yaranmasından ötən 34 il ərzində keçdiyi şərəfli inkişaf yolundan bəhs ediblər.
Sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər