"Vyetnamla əməkdaşlıq Azərbaycanın maraqlarına tam uyğundur. Çünki Vyetnam Asiyanın inkişaf etmiş ölkələrindən biridir və Cənub-Şərqi Asiyada kifayət qədər böyük nüfuza sahibdir".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.Deputat bildirib ki, Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin Vyetnama səfəri kifayət qədər uğurlu keçdi. Bu ölkə ilə əməkdaşlığın bütün parametrləri hərtərəfli müzakirə olundu, canlandırıldı:"Bundan sonrakı mərhələlərdə də, yəqin ki, bu istiqamətdə atılacaq əməli addımların Azərbaycana böyük faydasını görəcəyik.Düşünürəm ki, bu əməkdaşlığın siyasi müstəvidə də Vyetnamın Azərbaycana müəyyən dəstək göstərməsi baxımından önəmi var. Xüsusilə də Asiya platformasında bu dəstək çox vacibdir".
Müəllif: Lətifə Musayeva