PDF Oxu

Siyasət

  • 18

Azərbaycan dünyanın siyasi mərkəzinə çevrilir

Azərbaycan dünyanın siyasi mərkəzinə çevrilir

Bu gün belə bir gerçəkliyi etiraf etməyə borcluyuq ki, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun varisliyinin təmin olunması xalqın bu kursa dərin inamından, gerçək arzularından keçib gəlir. Bu, çox mühüm şərtdir. Daim ictimaiyyətin diqqət mərkəzində qalaraq, millətin saf və müqəddəs istəklərində, sabaha yönəldilmiş ümidlərində özünə yer tutmaq mühüm məsələdir.
Bəlkə də elə buna görədir ki, hələ 7 il öncə, 2003-cü il oktyabrın 15-də vətəndaşların mütləq əksəriyyəti qəti mövqeyini ortaya qoyarkən, Prezident İlham Əliyev amilini, ilk növbədə, dayanıqlı və təhlükəsiz sabah axtarışlarının cavabı olaraq önə çəkirdilər. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan uğurlu inkişaf yolundadır.

Millət vəkili Tahir Süleymanov: "Bütün bunların nəticəsi olaraq, 2011-ci il də Azərbaycan üçün uğurlu illərdən olacaq"
- Müstəqil Azərbaycanın inkişafında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin varisi olaraq, xalqın inam və etimadı nəticəsində hakimiyyətə gələn cənab İlham Əliyev ölkəmizin çiçəklənməsi və qüdrətlənməsi istiqamətində mühüm addımlar atmışdır. Bu gün dünyada hökm sürən və ən böyük dövlətləri belə inkişafdan saxlayan qlobal maliyyə böhranına baxmayaraq, ölkəmiz özünün əvvəlki sürətli inkişafını davam etdirməkdədir. Bir sözlə, Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məhz dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətdə olduğu 7 il ərzində yürütdüyü daxili və xarici siyasət Azərbaycan xalqının istək və arzularının təzahürüdür. Bu mənada, xalqımızın Prezident İlham Əliyevə bəslədiyi sevgi və məhəbbət əsassız deyildir.
Son 17 il ərzində Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan uğurlar əldə etməkdədir. Müstəqil Azərbaycanın qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas edən Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın söz sahibindən birinə çevrilib. Hazırda Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə, şərəflə davam etdirən Prezident İlham Əliyev ölkəmizi hərbi, siyasi və iqtisadi qüdrətinə görə regionun lider ölkəsinə çevrilib. Ümumiyyətlə, iqtisadi və siyasi baxımdan, hər il olduğu kimi, bu il də Azərbaycan üçün uğurlu oldu. Heç şübhəsiz ki, gələn 2011-ci il də Azərbaycan üçün uğurlu illərdən olacaq.
Qeyd edək ki, 2009-cu il dünya üçün maliyyə böhranı ilə, iqtisadi böhranla yadda qalıb. 2008-ci ildən başlayan bu böhran cari ildə də davam edib. Bu nöqteyi-nəzərdən dünya üçün sıxıntılı olan bu il, eyni zamanda, Azərbaycandan da yan keçməyib. Ən azı ona görə ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi danılmaz bir həqiqətdir. Amma buna baxmayaraq, dünyanı bürümüş maliyyə böhranına rəğmən Azərbaycanda 8 faiz iqtisadi artım olub. Eyni zamanda, ölkəmiz bu il Dağlıq Qarabağ probleminin həlli istiqamətində çox intensiv danışıqlar aparıb. 2009-2010-cu iddər ən çox hallandırılan məsələ Türkiyə- Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələ idi. Bu məsələ də, təbii ki, Azərbaycan cəmiyyəti və dövlətini çox narahat etdi. Lakin son nəticədə Azərbaycan ictimaiyyətinin və Azərbaycan dövlətinin bu məsələdə tutduğu qətiyyətli mövqe, eyni zamanda, Türkiyə ictimaiyyətinin və müxalifətinin bu məsələyə təsiri nəticəsində, Türkiyə Ermənistanla sərhədləri açmadı.
2011-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin fikir söyləmək üçün bir sıra amillər var. Fikrimcə, ən ümidverici amil onunla bağlıdır ki, bu il Azərbaycan və Ermənistan prezidentləri arasında intensiv görüşlər keçirilib. ATƏT-in Minsk Qrupunun həmsədrləri də regiona cari ildə, ötən illərə nisbətən, daha çox səfərlər ediblər. Kəmiyyətdən keyfiyyətə də bir keçid baş verib. Ümid edirəm ki, bu qədər səfərlərin, görüşlərin nəticəsində, yəqin ki, 2011-cu il üçün yaxşı imkanlar yaranıb. Yəni qeyd olunan münaqişənin həlli ilə bağlı bu il yaxşı özəl qoyulub. Yəqin ki, burada Rusiyanın Ermənistana təzyiqi faktoru xüsusi rol oynayacaq. Nəzərə alsaq ki, RF ilə Azərbaycanın münasibətləri dinamik inkişafa malikdir. Bu baxımdan, hesab edirəm ki, bütün bunların nəticəsi olaraq, gələn il münaqişənin həlli ilə bağlı nəsə müsbət bir iş gözləmək olar. Ümumiyyətlə, Prezident İlham Əliyev uğurlu siyasət həyata keçirir ki, bütün bunların nəticəsində gələn il də Azərbaycan üçün uğurlu illərdən olacaq.

YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov: "Azərbaycan İlham Əliyevlə xalqın birliyi nəticəsində inkişaf etdirilən Azərbaycandır"
- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin missiyası Azərbaycanın müstəqil dövlətini qurmaqdan ibarət idi. Bu missiya çox böyük uğurla həyata keçirildi. Həm ölkənin iqtisadi təsərrüfat sistemi, həm də sosial-siyasi strukturu, idarəçilik mexanizmi, beynəlxalq mövqeyi və s. müəyyənləşdirildi. Yəni, bütün sahələr üzrə çox mükəmməl siyasi kurs yaradıldı. Prezident İlham Əliyev bu işlərin həyata keçirilməsi üçün yeni bir mərhələnin başlanğıcını qoydu. Bu yeni mərhələni də xarakterizə edən çoxlu xüsusiyyətlər var. Onlardan birincisi, ölkənin iqtisadi inkişafının lazımi səviyyəyə çatdırılması oldu. Əgər müqayisə etsək, dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın dövlət büdcəsinin təxminən on dəfə artdığını, Azərbaycanın iqtisadi potensialının gücləndiyini, güclü infrastrukturanın yaradıldığını, ölkəmizin beynəlxalq mövqeyinin yüksəldildiyini görərik. Dövlət başçısı İlham Əliyevin söylədiyi kimi, bu gün regionda heç bir dövlət Azərbaycanla hesablaşmadan heç bir böyük layihə həyata keçirə bilməz. Region ölkələri içərisində Azərbaycan müqayisə olunmayacaq dərəcədə yüksək mövqe qazanıb. Bu da Prezident İlham Əliyevin həm Ümummilli Lider Heydər Əliyev siyasətinə sədaqəti ilə, həm də bu siyasəti inkişaf etdirməsi ilə müəyyənləşən məsələdir. Bu mənada, İlham Əliyev iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafına, eləcə də, neft və qeyri-neft sektorlarının inkişafına xüsusi şərait yaratdı. Bunun üçün çox böyük perspektivli layihələr gerçəkləşdirildi. Eyni zamanda, Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin inkişafı və təbliği istiqamətində də mühüm işlər gördü. Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Onun bu fəaliyyəti Prezident İlham Əliyevin fəaliyyətini tamamlayır.
Bu gün dünyanı bürüyən maliyyə böhranı şəraitində Azərbaycanda gedən yüksək iqtisadi, siyasi, mədəni və s. inkişaf dövlət başçısının yürütdüyü böyük siyasətin nəticəsidir. Bu siyasət, sadəcə, təbliğatdan ibarət deyil. İlham Əliyev öz siyasətinin konturlarını çox dəqiq müəyyənləşdirdi və qeyd etdi ki, "Bizim siyasətimiz bizim işimizdir". Həqiqətən, dövlət başçısı İlham Əliyevin apardığı siyasət əməli işdən və onun göz qarşısında olan nəticələrindən ibarətdir. Bu faktı bütün dünya qəbul edir. Ölkədə demokratikləşmə prosesi getdi. Əgər bir vaxtlar Azərbaycanda müstəqil və güclü dövlət qurmaqdan ötrü güclü mərkəzləşdirməyə ehtiyac var idisə, artıq İlham Əliyevin fəaliyyəti ilə demokratikləşmə meyilləri də xeyli dərəcədə gücləndirildi. Bu mənada, artıq Prezident İlham Əliyevin iqtisadiyyatın nkişafının keçid dövrünün başa çatdığını deməsinin də əsası var. Hesab edirəm ki, ölkə başçısının bu fikirlərində, eyni zamanda, mənəvi-mədəni məsələlər də ön planda olub. Bu fikirlər universal inkişaf magistralına çıxmaq mənasında da, özünü doğrultdu ki, bu da artıq xeyli müddət idi ki, davam edən dağılmış təsərrüfatımızı, dövlətçiliyimizi, parçalanmış cəmiyyətimizi mütəşəkkilləşdirən bir prosesin əsasını qoydu.
İnanırıq ki, Onun sayəsində əldə etdiyimiz milli uğurlarımızın davamı olacaq və müstəqil dövlətimiz daha da qüvvətlənəcək və qüdrətlənəcəkdir.

Millət vəkili Sədaqət Vəliyeva: "Dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu 7 il ərzində yürütdüyü daxili və xarici siyasət Azərbaycan xalqının istək və arzularının təzahürüdür"
- 2003-cü ildən etibarən Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi, özü qədər inandığı və bizə də tövsiyə etdiyi namizəd cənab İlham Əliyevdir. Onun ötən 7 il ərzindəki fəaliyyətini yüksək qiymətləndiririk. Təkcə Azərbaycan vətəndaşları deyil, ölkəmizə gələn qonaqlar da Azərbaycanın son illərdə inanılmaz və təsəvvürəgətirilməz dərəcədə gözəlləşdiyini və inkişaf etdiyini dilə gətirirlər. Bu gün paytaxt Bakı ilə yanaşı, ölkəmizin ən ucqar bölgələri də sürətli inkişaf edir. Sovet dövründən bu günə kimi yol çəkilməyən ərazilərə yeni yollar çəkilir. Bunlarla bərabər bölgələrdə yeni-yeni məktəb binaları tikilərək istifadəyə verilir, qazlaşdırma işi aparılır. Bir sözlə, bu gün Azərbaycanın ən ucqar kəndləri belə şəhər mərkəzini xatırladır. Yəni, istər infrastrukturanın, istərsə də digər sahələrin, o cümlədən, daxili və xarici siyasətin bütün istiqamətlərində çox böyük irəliləyişlər əldə olunub. Hətta bu gün Bakını Avropanın Vyanası ilə müqayisə etmək olar. Ölkəmizdə gedən bu qədər inkişaf əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasətin, xalqın rifahına, əmin-amanlığına, tərrəqisinə, dövlətimizin qüdrətlənməsinə yönələn siyasətin Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin nəticəsidir. Azərbaycanda minlərlə məktəblərin, ali məktəblərin, uşaq və qocalar evlərinin, xəstəxanaların tikilməsi, yolların və körpülərin salınması böyük nailiyyətlərin bəhrəsidir. Bir müsahibə ərzində bu qədər uğurları saymaqla qurtarmaq olmaz.
Prezident İlham Əliyevin hər bir çıxışı xalqın inamına və dövlətimizin güclənməsinə yönələn bir tezisdir. Onun çıxışlarının hansı cümləsinə diqqət yetirsək, görərik ki, Onun hər bir fikri Azərbaycan xalqının əmin-amanlığının və firavanlığının artmasına hesablanan fikirlərdir. İnanırıq ki, dövlət başçısının apardığı güclü diplomatiya sayəsində xalqımızın hər bir üzvünün ürəyinin ağrısı olan Dağlıq Qarabağ münaqişəsi də çox böyük qalibiyyətlə həll olunacaq və torpaqlarımız işğaldan azad ediləcəkdir. Beləliklə, bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvasına qayıdacaqdır.

Digər xəbərlər