PDF Oxu

Siyasət

  • 14

Prezident təbrik məktubları göndərib

Prezident təbrik məktubları göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Bəhreyn Krallığının milli bayramı münasibətilə Kral Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib. Məktubda deyilir: "Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Bəhreyn münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
* * *
Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Qazaxıstanın milli bayramı münasibətilə Prezident Nursultan Nazarbayevə də təbrik məktubu göndərib. Məktubda deyilir: "Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, zəngin ənənələrə malik Azərbaycan-Qazaxıstan dostluğu, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız daim xalqlarımızın mənafelərinə, ölkələrimizin çiçəklənməsinə xidmət edəcək, regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasına töhfələr verəcəkdir. Belə bir əlamətdar gündə Sizə, hörmətli Nursultan Abişeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qazaxıstan xalqına əmin-amanlıq və rifah diləyirəm".

Digər xəbərlər