E L A N E D İ R:
DSX Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
* orta və ya orta-ixtisas təhsilə malik olmalıdırlar;
* hərbi xidmətdə olmayanlar üçün - yaşı 17-dən 21-dək olmalıdır. 21 yaşınadək çağırışçıların, o cümlədən, Akademiyaya qəbul ili sentyabr ayının 15-dək 18 yaşı tamam olan şəxslərin hərbi sənədlərində müvafiq şəhər-rayon hərbi komissarlıqlarının möhlət qeydiyyatı vacibdir.
* xidmət müddətindən asılı olmayaraq müddətli, müddətdən artıq xidmət hərbi qulluqçular, gizirlər (miçmanlar) və hərbi vəzifəlilər (ehtiyatda olan əsgərlər, çavuşlar və gizirlər (miçmanlar)) üçün - yaşı 23-dək olmalıdır.
* fiziki cəhətdən sağlam olmalıdırlar.
Namizədlər TQDK tərəfindən müəyyən edilən 2-ci ixtisas qrup üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər, eyni zamanda, onların fiziki hazırlığı yoxlanılacaqdır.
Qəbul olmaq istəyənlər aşağıdakı
sənədləri təqdim etməlidirlər:
* Ərizə;
Ərizədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
- Soyadı, adı, atasının adı;
- Doğulduğu il, ay, gün;
- Qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı;
- Təhsili;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Attestat (əgər orta məktəbi bitiribsə)
* Ərizəyə anket, tərcümeyi-hal, işlədiyi və ya oxuduğu yerdən xasiyyətnamə, orta və ya orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti (orta məktəb şagirdləri üçün cari ildəki qiymət cədvəlindən çıxarış), yaşayış yerindən arayış, doğum haqqında şəhadətnamənin surəti, 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, 3 X 4 sm ölçüdə) əlavə olunmalıdır.
Sənədlər 2011-ci ilin yanvar ayının 1-dək qəbul ediləcəkdir.
Sənədlərin qəbulu və əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək lazımdır:
Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30, Dövlət Sərhəd Xidmətinin Aparatı.
Əlaqə telefonu: 493-13-29, 493-62-47, 498-01-59.