PDF Oxu

Siyasət

  • 15

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələr verilib

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələr verilib
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, fövqəladə hallar nazirinin müavinləri Etibar Mirzəyev və Ragim Lətifov general-leytenant, nazir müavini Faiq Tağızadə tibb xidməti general-leytenantı hərbi rütbələrinə yiyələniblər. Bundan başqa, nazirliyin Bakı Regional Mərkəzinin rəisi Kənan Aşurluya, Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi Elşad Hüseynova, Maliyyə-iqtisadiyyat Baş idarəsinin rəisi Nağı Nağıyevə, Kadr siyasəti Baş idarəsinin rəisi Sevda Şirinovaya general-mayor hərbi rütbəsi verilib.
Dekabrın 13-də Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, fövqəladə halların qarşısının alınmasında və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında göstərdikləri fədakarlığa və yüksək peşəkarlığa, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə, nazirliyin 4 əməkdaşı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 14 əməkdaşı "Hərbi xidmətlərə görə" medalı ilə, 20 əməkdaşı isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişlər.
Dövlət başçısının digər Sərəncamı ilə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsində, psixoloji yardım və müalicə-profilaktika işinin təşkilində xidmətlərinə görə nazirliyin 2 əməkdaşına "Azərbaycan Respublikasının Əməkdar Həkimi" fəxri adı verilib.

Digər xəbərlər