PDF Oxu

Siyasət

  • 13

Bir sıra hakimlərin vəzifələri dəyişdirilib

Bir sıra hakimlərin vəzifələri dəyişdirilib
Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb. Dövlətmizin başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, Ağdam, Lənkəran, Qazax və Sumqayıt hərbi məhkəmələrinin ləğv edilməsi ilə əlaqədar bir sıra hakimlərin vəzifələrinin dəyişdirilməsini qərara alıb. Sərəncam 2011-ci il yanvarın 1-dən qüvvəyə minir. Prezident İlham Əliyevin digər Sərəncamı ilə Ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və bir sıra digər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilib.

Digər xəbərlər