PDF Oxu

Siyasət

  • 18

Dövlət Miqrasiya Xidməti qulluqçularının xüsusi geyim və nişanları təsdiqlənib

Dövlət Miqrasiya Xidməti qulluqçularının xüsusi geyim və nişanları təsdiqlənib
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən, xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə" təsdiq edilib. Eyni zamanda, "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri" təsdiq olunub. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarını müəyyən etmək tapşırılıb.

Digər xəbərlər