PDF Oxu

Siyasət

  • 19

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri xanım Mişelin Kalmi-Reyə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Prezident, İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-İsveçrə münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, dostluq əlaqələrimiz, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram."

Digər xəbərlər