PDF Oxu

Siyasət

  • 16

ATƏT-in Astana Bəyanatı Azərbaycanın xeyirinədir

ATƏT-in Astana Bəyanatı Azərbaycanın xeyirinədir

11 ildən sonra bir araya gələn ATƏT-in üzv dövlətlərin başçıları Astanada keçən sammitin yekun bəyannaməsini qəbul etdilər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qeyd edib ki, 11 il ərzində ilk dəfə ATƏT sammitinin bəyannaməsi qəbul edilib: "Bu hadisə bizim təşkilatın həyatında yeni mərhələ açır. Bu bizim birgə və həqiqətən tarixi uğurumuzdur və bizim millətlərimizin təhlükəsiz və daha yaxşı dunyada yaşamaq ümidlərinə  cavab verir.
ATƏT dövlətlərində təhlükəsizlik Astana sammitində əsas müzakirə mövzularından biri oldu. Astanadaki sammit ATƏT dövlətlərinə mühüm problemlərin və təhlükələrin müzakirə edilməsinə və yaxın gələcəkdə birgə hərəkətlərin atılmasına dair imkan yaradıb. Ümid etmək olar ki, Astana Bəyannaməsi Avratlantik və Avrasiya təhlükəsizlik birliyin formalaşmasına start verəcək.  Çünki öncəki sammitdən keçən 11 il ərzində dünyada təhlükəsizlik sahəsində durum dəyişib. 

İlham Əliyev: "Azərbaycan hər zaman sülh danışıqlarına sadiq  qalmış, qalır və yenə də ümid edir ki, onlar nəticə gətirəcəkdir"
Sammitdə çıxışı zamanı Azərbaycan Prezidenti ATƏT üzvlərinin diqqətini regiondakı təhlükəsizlik məsələlərinə cəlb etməyə çalışıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında hazırkı silahlı münaqişə beynəlxalq və regional sülh və sabitliyə əsas təhdid olaraq qalır. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
İlham Əliyev sammit iştirakçılarına xatırladıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir: "Bura Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir. Bu gün Ermənistan işğal edilmiş ərazilər üzərində nəzarəti saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıdışına mane olmaq məqsədilə gücdən istifadə edir. Buna baxmayaraq, Azərbaycan hər zaman sülh danışıqlarına sadiq qalmış, qalır və yenə də ümid edir ki, onlar nəticə gətirəcəkdir".
Ermənistanın təcavüzkarlığı nəticəsində yaranmış problemin həlli məsələsinə toxunan İlham Əliyev qeyd edib ki, münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşma, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır.
"Lakin Ermənistan münaqişənin mümkün qədər tezliklə uzunmüddətli həllinə nail olmaq məqsədilə vicdanla danışıqlar aparmaq əvəzinə, gözlənilməz nəticələri ola biləcək münaqişənin eskalasiyasına üstünlük verir. Ermənistan daimi olaraq atəşkəs rejimini pozur, işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirir, işğal edilmiş şəhər və kəndlərimizin tarixi adlarını dəyişməyə cəhd göstərir. Ermənistan qeyri-qanuni olaraq mülki şəxsləri işğal edilmiş ərazilərə yerləşdirir, vəziyyəti dönməz və sülh prosesini mənasız etməyə çalışır"- Azərbaycan Prezidenti bildirib.

İlham Əliyev işğalçı Ermənistanı dünya ictimaiyyəti qarşısında ifşa edib və bu dövlətin beynəlxalq hüquqa zidd hərəkətlərini qınayıb
İlham Əliyev çıxışında qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə aparılan qanunsuz fəaliyyət ATƏT-in faktaraşdırıcı missiyasının 2005-ci ildə regiona etdiyi səfərdən sonra hazırlanmış məruzədə əks olunub: "Ermənistanın danışıqlar prosesindəki davranışı bizi belə qənaətə gətirir ki, Ermənistan sülh istəmir, işğal edilmiş əraziləri azad etmək fikrində deyil, sadəcəbacardığı qədər status-kvonu saxlamaq və danışıqlar prosesini müddətsiz etməyi arzulayır".
ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunan Prezident İlham Əliyev bildirib ki, bu qrup 1992-ci ildə yaradılıb, danışıqlar təxminən 20 ildir ki, aparılır, lakin heç bir nəticə yoxdur. Azərbaycan Prezidenti deyib ki, buna baxmayaraq, Azərbaycan Praqa prosesi çərçivəsində son 6 il ərzində Minsk Qrupunun həmsədr ölkələri tərəfindən hazırlanmış təklifləri qiymətləndirir: "Biz danışıqları davam etdirməyə, onları mümkün qədər tez yekunlaşdırmaq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanacaq həll variantına nail olmağa hazırıq".

Digər xəbərlər