PDF Oxu

Siyasət

  • 15

Prezident təbrik məktubları gönədrib

Prezident təbrik məktubları gönədrib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zaid Al Nəhyana bu ölkənin miilli bayramı münasibəti ilə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Əlahəzrət, Milli bayramınız - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram."
* * *
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu göndərib. "Əlahəzrət, Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza sülh və rifah arzulayıram."
* * *
Prezident İlham Əliyev həmçinin Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneyə də təbrik məktubu göndərib. Məktubda deyilir: Hörmətli cənab Prezident, Milli bayramınız - Laos Xalq Demokratik Respublikasının elan edilməsi günü münasibətilə Sizə və xalqınıza təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Laos münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına əmin-amanlıq və firavanlıq arzulayıram."

Digər xəbərlər