Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da ATƏT-in sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gəlib. Astananın Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Prezident İlham Əliyev ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviç ilə görüşüb
Dünən Prezident İlham Əliyev Astanada ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviç ilə görüşüb. Görüşdə Azərbaycanda fikir azadlığı, jurnalistlərin fəaliyyəti və məsuliyyəti ətrafında fikir mübadiləsi aparılıb.