Dünən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Deputatlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar. İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq bildirdi ki, azad, ədalətli və şəffaf seçkilər nəticəsində formalaşmış Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisi fəaliyyətə başlayır: "Demokratik dövlət quruculuğu yolunda əldə edilmiş bu böyük nailiyyət ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının təntənəsinin nümunəsidir. Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını qocaman deputat aparır. Bu şərəfli missiya Milli Məclisin deputatı hörmətli Fəttah Heydərova nəsib olmuşdur. Hörmətli Fəttah müəllim, xahiş edirəm, iclası başlayasınız."
X X X
İclasa sədrlik edən Fəttah Heydərov dördüncü çağırış Milli Məclisin iclasını açıq elan etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndi. Fəttah Heydərov: "Möhtərəm cənab Prezident, Sizi bütün deputatlar adından səmimi qəlbdən salamlayır, Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanımızın rifahı naminə yeni-yeni uğurlar arzulayıram. Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi təbrik edirəm, parlament fəaliyyətində sizin hamınıza böyük uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram. Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir."
Sonra Fəttah Heydərov dördüncü çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu. İclasın sədri sözünə davam edərək dedi ki, Milli Məclisin ilk iclasında parlamentə seçilmiş 125 deputatdan 122 nəfəri iştirak edir. Prezident İlham Əliyev dördüncü çağırış Milli Məclisin birinci iclasında nitq söylədi. Prezident İlham Əliyev yeni seçilən deputatları təbrik edərək bütün deputatlara məhsuldar fəaliyyət arzuladı. Parlament seçkilərinin Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addım olduğunu deyən ölkə başçısı bildirdi ki, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir: "Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək və Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır. Ölkəmizdə demokratik proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda demokratiyanın inkişafı təmin edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu işində çox vacib işlər görülmüşdür. Demokratiya bizim şüurlu seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir. Ölkədə bütün azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm təmin edilibdir. Ölkədə siyasi sistemin formalaşması işində çox vacib addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Əminəm ki, yeni tərkibdə Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir. Azərbaycanda siyasi islahatların davam etdirilməsi üçün bütün imkanlar, siyasi iradə vardır. Biz mütərəqqi meyillərə çox müsbət yanaşırıq, Azərbaycanı müasir, güclü dövlət kimi görürük. Azərbaycanın inkişafı həm iqtisadi, həm siyasi islahatların paralel şəkildə aparılması istiqamətində mümkün olacaqdır."
Prezident İlham Əliyev daha sonra qeyd etdi ki, ölkəmizdə son illər ərzində iqtisadi islahatlar da aparılıb, Azərbaycan iqtisadiyyatı artıq şaxələndirilmiş iqtisadiyyatdır. 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha göstərdi. Ölkə başçısı vurğuladı ki, böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı davam edib: "Bütün sosial məsələlər həllini tapmışdır, valyuta ehtiyatlarımız daha da artmışdır və Azərbaycan iqtisadiyyatı dayanıqlılığını sübut etmişdir. Biz elə etməliyik ki, əldə olunmuş uğurlarla kifayətlənməyək. Görüləsi işlər çoxdur. Biz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi işləri ilə məşğuluq. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir və biz bunun gözəl nəticələrini görürük. Təkcə son 7 ilin statistikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı haqqında hər kəsdə əyani təsəvvür yaransın.
Sosial sahədə qarşıda duran əsas vəzifə
əhalinin rifah halını yaxşılaşdırmaq və
yoxsulluğu bütövlükdə aradan qaldırmaqdır
İlham Əliyev: "Azərbaycanda yoxsullar olmamalıdır. Bu sosial bəla olmamalıdır. Buna nail olmaq üçün konkret proqramlarımız, düşünülmüş siyasət vardır"

Ölkə qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən Prezident bildirdi ki, biz bu istiqamətdə böyük səylər göstəririk ki, bu məsələ öz həllini tezliklə ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə tapsın. Münaqişə ilə bağlı uzun illərdir ki, danışıqlar aparıldığını deyən İlham Əliyev diqqətə çatdırdı ki, on səkkiz ildir ki, Minsk qrupu fəaliyyət göstərir, ancaq heç bir nəticə yoxdur: "Nəticə o zaman olacaq ki, Azərbaycan torpaqları işğalçılardan azad ediləcəkdir. Nəticə odur. Danışıqların fəallığı, yaxud da ki, müsbət istiqamətdə inkişafı nəticə sayıla bilməz. Biz nəticə görmək istəyirik. Biz istəyirik ki, məsələ beynəlxalq hüquq normaları əsasında həll olunsun, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilsin. Digər beynəlxalq təşkilatların - ATƏT, Avropa Parlamenti, Avropa Şurasının qərar və qətnamələri icra olunsun. Bu qərarlar və qətnamələr ona görə qəbul edilib ki, onlar icra olunmalıdır. Əgər onların icra mexanizmi yoxdursa, Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl qoymursa və beynəlxalq birlik öz növbəsində buna qarşı heç bir tədbir görmürsə, onda məsələ çətinləşə bilər.
Biz başa düşürük, bu gün Ermənistan çalışır ki, məsələni süni şəkildə uzatsın, özünü danışıqlarda konstruktiv tərəf kimi göstərsin. Ancaq həqiqət ondan ibarətdir ki, həlledici anlarda, həlledici məqamlarda Ermənistan daha əvvəl razılaşdırılmış məsələlərdən geri çəkilir, yenidən qeyri-real, qəbulu mümkün olmayan təkliflər irəli sürür. Beləliklə, danışıqlar prosesini müddətsiz və sonsuz etmək istəyir. Biz buna heç vaxt razı ola bilmərik. Biz danışıqları torpaqlarımızı azad etmək üçün aparırıq. Biz danışıqları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi üçün aparırıq. Ümid edirik ki, bu məsələ ilə məşğul olan qurumlar, tərəflər, vasitəçilər nəhayət, öz kəskin sözünü deyəcəklər. Bunun vaxtı çoxdan çatıbdır. Əgər belə olmasa, onda bu danışıqların mənası tamamilə itəcəkdir. Danışıqlar nəticə üçün aparılır, sadəcə görüntü üçün deyildir. Ona görə, bir daha demək istəyirəm ki, mövqeyimizdə prioritet beynəlxalq hüquq normalarıdır, beynəlxalq təşkilatların qətnamələridir, Azərbaycanın haqq işidir və ədalətli yanaşmadır. Biz onu da bilirik ki, beynəlxalq aləm bəzi hallarda qanunlarla deyil, siyasi maraqlarla tənzimlənir. Ancaq siyasi maraqlar da bu məsələ ilə məşğul olan tərəfləri sövq etməlidir ki, məsələ tezliklə həllini tapsın. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə böyük təhlükədir. Bu, real təhlükədir. Bu münaqişə dondurulmuş münaqişə deyildir."
Növbəti beş ildə Milli Məclis qarşısında çox mühüm vəzifələr dayandığını dil gətirən Prezident bildirdi ki, artıq Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri yaranıb. Milli Məclis siyasi qurumdur, hakimiyyətin bir qoludur. Prezident bildirdi ki, Məclis tərəfindən qəbul edilmiş qərarlar ölkəmizin inkişafına xidmət göstərir, belə də olmalıdır: "Hamımız çalışmalıyıq ki, ölkəmizi gücləndirək. Hamımız tutduğumuz vəzifədən, siyasi əqidədən asılı olmayaraq səylərimizi müstəqil Azərbaycan dövlətinin güclənməsinə qoymalıyıq. Mən çox şadam ki, Azərbaycan cəmiyyətində və son illərdə, o cümlədən siyasi spektrdə bu meyillər güclənir. Bu meyillərin daşıyıcılarının rolu artır. Azərbaycanın inkişafına əngəl yaratmaq, Azərbaycanı ləkələmək istəyən, Azərbaycanda hər hansı bir xoşagəlməz hadisəni gözləyən qüvvələrin təsiri böyük dərəcədə azalmışdır, demək olar ki, artıq hiss olunmur. Bu parlament seçkilərinin nəticələri bunu bir daha göstərdi. Azərbaycan azad, demokratik ölkədir. Biz demokratiyanın inkişafına çox böyük diqqət göstəririk. Biz istəyirik ki, Azərbaycanda güclü siyasi sistem formalaşsın. Mən hesab edirəm ki, Milli Məclisin indiki tərkibi bu məqsədə xidmət göstərəcək, siyasi opponentlər bir-biri ilə fikir-ideya mübarizəsi aparacaqlar. Artıq Azərbaycan cəmiyyətində, xüsusilə siyasi müstəvidə bu meyillər güclənir. Mən bunu müsbət hal, cəmiyyətimizin inkişafı kimi qəbul edirəm. Əlbəttə, müasir, inkişaf edən, dünyaya inteqrasiya edən və dünyada böyük hörmətlə qeyd olunan Azərbaycanın müasir siyasi sistemi də olmalıdır. Ancaq Azərbaycan dövləti, yaxud da ki, dövlət başçısı və ya iqtidar buna təkbaşına nail ola bilməz. İqtisadi inkişafa nail ola bilər, amma siyasi sistemin təkmilləşməsi məsələsi bütün siyasi qüvvələrin işidir. Mən arzu edirəm ki, Azərbaycanda bütün siyasi qüvvələr daha da güclənsin. Bizə güclü siyasi sistem lazımdır. Azərbaycanda demokratik müzakirələr, diskussiyalar, fikir mübadiləsi, plüralizm meyilləri, azad mətbuat daha da gücləndirilməlidir. Azərbaycan dövləti bu istiqamətdə əlindən gələni etməyə çalışır ki, biz buna nail olaq. Beləliklə, Milli Məclis də öz tərəfindən Azərbaycanda siyasi mübarizənin mədəni, sivil qaydalarla aparılmasına töhfəsini verəcəkdir. Əziz deputatlar, mən sizin hamınızı deputat vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan xalqı sizə etimad, inam göstərib. Əminəm ki, siz bu yüksək etimada layiq olacaqsınız. Sağ olun."
Hesablayıcı Komissiyanın tərkibi müəyyən edildikdən sonra Milli Məclisin sədrinin seçkisi keçirilmiş, Oqtay Əsədov dördüncü çağırış Milli Məclisin sədri seçilmişdir. Oqtay Əsədov çıxış edərək parlamentin gördüyü işlər barədə məlumat verdi, gələcək fəaliyyət barədə fikirlərini açıqladı. Yeni seçilən deputatları təbrik edən spiker, Milli Məclisin fəaliyyətinin bundan sonra da uğurlu olacağını bildirdi. İclasda Milli Məclis sədrin müavinləri və komitə sədrləri seçiliblər. Deputat Ziyafət Əsgərov sədrin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov isə müavinləri seçiliblər. Deputat Əli Hüseynov Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov təhlükəsizlik və müdafiə komitəsinin, Ziyad Səmədzadə iqtisadi siyasət komitəsinin, Valeh Ələsgərov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov aqrar siyasət komitəsinin, Hadi Rəcəbli sosial siyasət komitəsinin, Arif Rəhimzadə regional məsələlər komitəsinin, Şəmsəddin Hacıyev elm və təhsil komitəsinin, Nizami Cəfərov mədəniyyət komitəsinin, Rəbiyyət Aslanova insan hüquqları komitəsinin, Səməd Seyidov beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq ediliblər.