Azərbaycan Böyük Britaniya üçün uğurlu tərəfdaşdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Böyük Britaniyanın Yorq Hersoqu, Şahzadə Endryunu qəbul edib. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı və bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.