Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev noyabrın 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına fəxri adların verilməsi və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunması və təbliği işində xidmətlərinə görə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin bir əməkdaşına "Əməkdar Rəssam", üç nəfərə "Əməkdar Mədəniyyət İşçisi" adı verilmiş, üç əməkdaş isə "Tərəqqi" medalı ilə təltif edilib.