Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı genişləndirir
Prezident İlham Əliyev dünən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.