PDF Oxu

Siyasət

  • 13

Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb

Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev 2008-ci il oktyabrın 10-da Bişkek şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərt ilə imzalanmış "Dövlət tərəfindən mühafizə olunmalı şəxslərin təhlükəsizliyinin təmin edilməsi sahəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında Saziş"in təsdiq edilməsi barədə və 2010-cu il sentyabrın 17-də Sankt-Peterburq şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında 2011-2012-ci illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol"un təsdiq edilməsi barədə və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə Fərman və Sərəncamlar imzalayıb.

Digər xəbərlər