Prezident Sərəncam imzalayıb
Prezident İlham Əliyev Baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında deyilir: "Hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə baş leytenant Fərid Güloğlan oğlu Əhmədov "İgidliyə görə" medalı ilə təltif edilsin (ölümündən sonra)".