Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının yeni seçilmiş Prezidenti xanım Dilma Rousseffə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Rousseff, Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Braziliya dövlətlərarası münasibətləri, genişlənməkdə olan dostluq əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm."