PDF Oxu

Siyasət

  • 12

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın milli bayramı münasibətilə Prezident Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib. Məktubda deyilir: "Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, bu gün yeni məzmun kəsb etməkdə olan Azərbaycan-Türkmənistan münasibətləri, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim öz inkişafını ardıcıl şəkildə davam etdirəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq və rifah diləyirəm".

Digər xəbərlər