Prezident təbrik məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu göndərib. Məktubda deyilir: "Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Avstriya arasındakı münasibətlər dostluq və əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsi və genişlənməsi istiqamətində bundan sonra da inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".