PDF Oxu

Siyasət

  • 13

Yeni Azərbaycan Partiyası və xalq birliyi bu seçkidə də öz təsdiqini tapacaq

Yeni Azərbaycan Partiyası və xalq birliyi bu seçkidə də öz təsdiqini tapacaq
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş Bakı Slavyan Universitetinin prorektoru, professor, filologiya elmləri doktoru Sahibə Qafarova Şəmkir rayon ictimaiyyəti, Sərxanlı məhəlləsi və Posanlı kənd seçiciləri ilə görüşlər keçirib. Görüşdə YAP Şəmkir rayon seçki qərargahının üzvü Məcid Şıxlinski ölkəmizdə təhsil sahəsində əldə olunan uğurlardan, böyük nailiyyətlərdən və qarşıda duran məsələlərdən bəhs edib. Bildirib ki, bu gün Azərbaycan təhsili dünyaya inteqrasiya yolunda böyük sürətlə irəliləməkdədir. Savadlı kadrların yetişdirilməsi, intellektlərin formalaşdırılması üçün dövlətimiz tərəfindən atılan addımların mahiyyətinə toxunan M.Şıxlinski Azərbaycanın işıqlı gələcəyə doğru böyük sürətlə irəlilədiyini də, şəmkirlilərin diqqətinə çatdırıb. Vurğulayıb ki, bütün bu uğurlu işləri həyata keçirən Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyev əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi ideyaları bu gün böyük şövq və həvəslə davam etdirməkdədir. "Bu, ona görə də, ölkəmiz üçün xüsusi önəm kəsb edən proseslərdə də, cəmiyyətimiz birmənalı şəkildə Yeni Azərbaycan Partiyasına dəstək olur" - deyən M.Şıxlinski noyabrın 7-də keçiriləcək parlament seçkilərində vətəndaşlarımız sərbəst şəkildə YAP-a dəstək olduqlarını öz səsləri ilə təsdiq edəcəklərini söylədi.
YAP tərəfindən parlament seçkilərində namizədliyi irəli sürülmüş BSU-nun prorektoru, professor, filologiya elmləri doktoru S.Qafarova öz həmyerliləri ilə görüşdən böyük məmnunluq hissi keçirdiyini vurğuladı. O, ilk növbədə, adının Yeni Azərbaycan Partiyası seçki siyahısına daxil edilməsinə görə, partiya rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi. Azərbaycanın hər bir güşəsinin onun üçün xüsusi önəm daşıdığını bildirən professor S.Qafarova YAP-ın Şəmkir təşkilatından da namizəd göstərilməsinin də onun üçün böyük bir məsuliyyət hissi yaratdığını söylədi. BSU-nun prorektoru S.Qafarova bu gün ölkəmizin bütün bölgələrində aparılan böyük quruculuq-abadlıq işlərinin Şəmkirdə də, öz təzahürünü tapdığını seçicilərin diqqətinə çatdırdı. "Azərbaycan özünün malik olduğu böyük yüksəliş strategiyası ilə dünyada ən layiqli yerləri tutub. Ölkəmizin regionda və beynəlxalq arenada mövcud olan sarsılmaz nüfuzu daha da artmaqdadır. Bu gün Cənubi Qafqaz regionunda Azərbaycanın iştirakı olmadan heç bir layihənin reallaşması mümkün deyil. Bu isə dövlətimizin öz gücünə və qüdrətinə olan inamının artmasından irəli gəlir." - deyən professor S.Qafarova "Güclü dövlət, yüksək rifah" naminə, şəmkirliləri noyabrın 7-də keçiriləcək parlament seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə dəstək olmağa səslədi.
Rayon sakinləri adından çıxış edənlər noyabrın 7-də Şəmkir seçicilərinin YAP tərəfindən namizədliyi irəli sürülmüş professor Qafarova Sahibə Əli qızına dəstək olacaqlarını, namizədlərinin isə həmişə onların başlarını uca tutacağını vurğulayıblar.

Digər xəbərlər