ABŞ-la ölkəmiz arasında iqtisadi tərəfdaşlıq üçün geniş imkanlar var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ABŞ-ın maliyyə katibinin müavini Stüart Livinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıqla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.