Azərbaycan idmanın bütün sahələrində böyük uğurlar əldə edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Vitali Smirnovu və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədri Vladimir Lisini qəbul edib. Görüşdə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlara toxunulub, beynəlxalq idman əməkdaşlığının genişləndirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərdən danışılıb. Azərbaycanda mütəmadi olaraq mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi və bu tədbirlərin yüksək səviyyədə təşkil edildiyi qeyd olunub. Söhbət zamanı Azərbaycanın Beynəlxalq Olimpiya hərəkatında fəal iştirak etdiyi bildirilib, ölkəmizin bu sahədə əldə etdiyi uğurların əhəmiyyəti vurğulanıb.