PDF Oxu

Siyasət

  • 15

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılaraq bu sərəncamın əlavəsinə uyğun olaraq müəyyən edilsin. Sərəncam 2010-cu il oktyabrın 1-dən qüvvəyə minir. Ölkə Prezidenti həmçinin dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında da Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən bir qrup təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılsın. Prezident İlham Əliyev bundan başqa Xaçmaz rayonunun sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi və təltif edilməsi haqqında iki Sərəncam imzalayıb.

Digər xəbərlər