Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçə başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli Viktor Fyodoroviç, Dnepropetrovsk vilayətində qəza nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından, şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirəm."