Prezident Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev dünən Azərbaycan Dəmir Yolunun 130 illik yubileyi ilə əlaqədar ölkənin nəqliyyat sisteminin inkişafında səmərəli fəaliyyətlərinə görə "Azərbaycan Dəmir Yolları" QSC-nin işçilərinin təltif edilməsi haqqında Sərəncamlar imzalamışdır. Sərəncamlara əsasən "Azərbaycan Dəmir Yolları" QSC-nin işçilərindən 2 nəfərə Azərbaycan Prezidentinin fəxri təqaüdü, 5 nəfərə "Əməkdar Mühəndis" adı verilmiş, 3 nəfər "Şöhrət" ordeni ilə, 26 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilmişdir.