PDF Oxu

Siyasət

  • 17

Venesuela Azərbaycanla güclü dostluq əlaqələri qurmaq niyyətindədir

Venesuela Azərbaycanla güclü dostluq əlaqələri qurmaq niyyətindədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Venesuela Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Devid Nieves Velaskes Karaballonun etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin önündən keçdi. Səfir Devid Nieves Velaskes Karaballo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayaraq, müxtəlif sahələrdə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.
Prezident İlham Əliyev ölkəmizin Venesuela ilə əlaqələrinin inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı.
Ölkəsini Azərbaycanda ilk səfir kimi təmsil etməkdən böyük şərəf hissi duyduğunu deyən Devid Nieves Velaskes Karaballo Venesuelanın Azərbaycan ilə müxtəlif sahələrdə güclü dostluq əlaqələri qurmaq niyyətində olduğunu dedi.

Digər xəbərlər