Azərbaycanla Bosniya və Herseqovina arasında əlaqələr üçün böyük imkanlar var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bosniya və Herseqovina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dragolyub Lyepoyanın etimadnaməsini qəbul edib. fir fəxri qarovul dəstəsinin önündən keçdi. Səfir Dragolyub Lyepoya etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Söhbət zamanı ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək üçün yaxşı potensialın olduğu vurğulandı, əməkdaşlığı müxtəlif sahələrdə genişləndirməyin zəruriliyi qeyd olundu və ikitərəfli münasibətlərimizin uğurla inkişaf edəcəyinə əminlik ifadə edildi.