Zambiya ilə ölkəmiz arasında yeni münasibətlər qurulur
Prezident İlham Əliyev dünən Zambiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Patrik Nailobi Sinyinzanın etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin önündən keçdi. Səfir Patrik Nailobi Sinyinza etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinin və səmərəli əməkdaşlıq imkanlarının araşdırılmasının zəruriliyi qeyd edildi.