PDF Oxu

Siyasət

  • 18

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev E.Z.Kərimovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatı üzrə İnkişaf Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında,
E.Z.Kərimovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında, bundan başqa E.H.Zeynalovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında, E.H.Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında, həmçinin T.N.Zülfüqarovun Azərbaycan Respublikasının Latviya Respublikasında və iqamətgahı Riqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında, eyni zamanda T.N.Zülfüqarovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncamlar imzalayıb. Ölkə Prezidenti bundan başqa, H.N.Nəcəfovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında və H.N.Nəcəfova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında da Sərəncamlar imzalayıb. Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev İspaniyanın kralı Əlahəzrət I Xuan Karlosa təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Azərbaycan ilə İspaniya arasındakı münasibətlər bu gün dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, əlaqələrimizin ikitərəfli və çoxtərəfli qaydada möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına sülh və firavanlıq diləyirəm."

Digər xəbərlər