Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə telefonla zəng edib.
Dövlətimizin başçısı Vladimir Putinə ad günü münasibətilə təbriklərini çatdırmış, ona fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb. Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.