Prezident Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "inzibati və yardımçı vəzifələrin təsnifat toplusu"nun təsdiq edilməsi haqqında" 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanına və "dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə və Azərbaycanın görkəmli neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi Süleyman Azad oğlu Vəzirovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi barədə Fərman və Sərəncamlar imzalayıb.