PDF Oxu

Siyasət

  • 16

Azərbaycanla Yaponiya arasında geniş əlaqələr mövcuddur

Azərbaycanla Yaponiya arasında geniş əlaqələr mövcuddur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlətimizin başçısı Masamitsu Okinin ölkəmizdəki diplomatik fəaliyyətini yüksək qiymətləndirdi və onun Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişafına verdiyi töhfənin önəmini vurğuladı. Masamitsu Okiyə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi.
Masamitsu Oki Azərbaycanla bağlı xoş xatirələrinin olduğunu dedi. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan diplomat qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə güclü təkan verib.

Digər xəbərlər