Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlıq genişlənir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Ukraynanın Yanacaq və energetika naziri Yuri Boykonu qəbul edib. Görüşdə Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.