PDF Oxu

Siyasət

  • 14

Norveç hökuməti Azərbaycan ilə dostluq əlaqələrinin genişləndirilməsi üçün səylərini əsirgəməyəcək

Norveç hökuməti Azərbaycan ilə dostluq əlaqələrinin genişləndirilməsi üçün səylərini əsirgəməyəcək
Prezident İlham Əliyev dünən Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erling Şönsberqin etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Erling Şönsberq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkəmizin Norveç Krallığı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini vurğulayaraq Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra Norveçin ölkəmizlə ilk dəfə fəal əməkdaşlıq həyata keçirdiyini bildirdi. Norveçin "Statoyl" şirkətinin ölkəmizdəki fəaliyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycanda xarici şirkətlərin səmərəli iş görmələri üçün yaxşı investisiya mühitinin olduğunu dedi. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyinə əminliyini bildirdi. Erling Şönsberq ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şərəf hissi keçirdiyini bildirdi. Səfir Norveç hökumətinin Azərbaycan ilə dostluq əlaqələrinin bundan sonra da qorunub saxlanılması və münasibətlərimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini qeyd etdi.

Digər xəbərlər